...

"Transxəzər" qaz kəmərinin tikintisi siyasi baxımdan çətinləşə bilər - "Deutche Bank"ın analitiki

Energetika Materials 3 Dekabr 2007 14:03 (UTC +04:00)
"Transxəzər" qaz kəmərinin tikintisi siyasi baxımdan çətinləşə bilər - "Deutche Bank"ın analitiki

Böyük Britaniya, London / Trend müxbir P.Kəsəmənski/ "Deutche Bank"ın neft-qaz analitiki Lukas Herman hesab edir ki, Mərkəzi Asiyadan Avropaya qaz ixracanı nəzərdə tutan "Transxəzər" qaz kəmərinin tikintisi layihəsinin reallaşması siyasi baxımdan çətinləşə bilər, çünki marşrut bir çox dövlətlərin ərazisindən keçəcək.

Qaz kəməri Türkmənistandan Xəzərin dibi ilə Azərbaycan ərazisinə qədər, daha sonra isə Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Avropaya çəkilə bilər. Kəmərin ötürmə qabiliyyəti il ərzində 20 mlrd. kubmetr qaz, dəyəri isə 10 mldr. dollar təşkil edir.

"Xəzərin ehtiyatlarının nə qədər olduğunu hələ heç kim bilmir, lakin Avropa Türkmənistan qazına maraq göstərir" - deyə Herman Londonda Azərbaycandan olan jurnalistlər qrupuna bildirib.

Avropanın qaza olan tələbatını ödəmək üçün Azərbaycanda olan yanacaq ehtiyatları kifayət etməyəcək, lakin Rusiya qazından asılılığa son qoymaq istəyi Avropanı yanacaq nəqlini diversifikasiya etməyə və diqqəti Mərkəzi Asiya qazına yönəltməyə sövq edir.

"Avropa qaz nəqlinin yeni mənbələrini axtarır və Rusiyadan asılılığa son qoymağa çalışır. Türkmənistan isə Qərb şirkətlərini öz ölkəsinə dəvət edir" - deyə Herman bildirib.

"Transxəzər" qaz kəməri Xəzərdə Türkmənistandan Qazaxıstan ərazisindən keçməklə Rusiyaya qədər çəkiləcək Xəzəryanı qaz kəməri ilə rəqabət aparan layihə kimi çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti