...

"Xəzərdənizneftdonanma" təmirdən sonra iki gəmi alıb

Energetika Materials 18 Fevral 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması təmirdən sonra donanmanın balansında olan iki gəmi alıb. Bu barədə ARDNŞ-ın məlumatında deyilir.

Təmir "General Əsədov" sərnişin teploxodunda və "Uluçay" kran gəmisində həyata keçirilib. Hazırda teploxod Bakı-Neft Daşları-Bakı marşrutu üzrə sərnişin daşınmasını həyata keçirir. "Ulluçay" kran gəmisi sifariş üzrə istifadə üçün SOCAR ASM şirkətinə verilib.

Hazırda ARDNŞ-ın ixtisaslaşmış gəmi təmiri zavodunda "Ramiz Hacıyev" kran gəmisinin təmiri başa çatır. Gəmi fevralın sonu-martın əvvəlində Xəzərin türkmən sektorunda işləmək üçün göndəriləcək.

"Xəzərdənizneftdonanma" 2007-ci ildə gəmilərin təmirinə 21 mln. 420 min manat xərcləyib. Ötən il donanma 590 min ton müxtəlif yük daşıyıb. 2006-cı ildə bu rəqəm 565 min ton olub. Daşınmaların həcmi bu dövr üçün olan proqnozları 190 min ton ötüb.

Yüklərin əsas hissəsini dizel yanacağı, içməli su, metal konstruksiyalar, sement, kimyəvi reagentlər, borular təşkil edib. "Xəzərdənizneftdonanma" Azərbaycanın Dövlət Neft Şirkətinin dəniz əməliyyatlarının dəstəklənməsi, iri barjlar, üzən kranlar, yüksəksürətli kater və sərnişin teploxodları vasitəsilə müxtəlif yük və sərnişin daşınmaları ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti