...

Azərbaycan və Qazaxıstan yaxın bir ay ərzində Bakı-Tbilis-Ceyhan neft kəməri ilə neftin nəqli üçün sistemin yaradılmasına dair saziş imzalayacaqlar

Energetika Materials 23 Aprel 2008 18:53 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan yaxın bir ay ərzində Bakı-Tbilis-Ceyhan neft kəməri ilə neftin nəqli üçün sistemin yaradılmasına dair saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 23 aprel/ Trend müxbir A.Bədəlova/ Qazaxıstan yaxın bir ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti ilə Qazaxıstan Xəzər Neft Nəqli Sisteminin (KCTS) yaradılmasının əsas prinsipləri üzrə saziş imzalayacaq. Bu barədə "NK KazMunayQaz" SC-nin nəqletmə üzrə icraçı direktoru Arman Darbayev çərşənbə günü Bakıda jurnalistlərə məlumat verib.

"Saziş yaxın zamanda imzalanacaq. Belə ki, sənəd demək olar ki, hazırdır. Düşünürəm ki, bu təqribən bir ay vaxt aparacaq", - o bildirib. Sistemin yaradılmasını 2012-ci ildə başa çatdırmaq planlaşdırılır.

Darbayevin Bakıda keçirilən ikinci Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında çıxışında bildirib ki, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan digər tədbirlər hökumətlərarası sazişlərin və BM-in yaradılması haqqında sazişin imzalanmasıdır.

Azərbaycan ərazisi üzrə Qazaxıstandan neft nəqli haqqında müqavilə 2006-cı il iyunun 16-da imzalanıb. "Kaşağan" və "Tengiz" yataqları, həmçinin digər dəniz layihələri ehtiyat bazası kimi çıxış edir.

Darbayevin sözlərinə görə, ilin sonunda Eskene-Kurık boru kəmərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması başa çatacaq. Gücü təqribən ildə 20 mln. ton olan boru kəmərinin ilkin dəyəri birinci mərhələdə təxminən $1,3-1,4 mlrd. təşkil edəcək. "Boru kəmərinin gələcək genişlənməsi ilə onun dəyəri və təbii ki, nəqletmə həcmi çox olacaq", - o bildirib.

"Qazaxıstanda terminalın tikintisinə gəldikdə isə, bunun üçün təqribən $500-600 tələb olunur. Daşınmalara cəlb ediləcək tankerlərin sayı nəqletmə sisteminin gücündən asılı olacaq", - Darbayev bildirib.

Hər tankerin dəyəri $70-80 mln. səviyyəsində nəzərdə tutulur. Güman edilir ki, hər tanke beş mln. tonadək neft daşıyacaq. Tankerlərin dedveyti təqribən 60 min ton həcmində nəzərdə tutulur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti