Azərbaycan, Bakı, 02 oktyabr / Trend / Türkiyənin Ceyhan limanından SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Azeri Light markalı neft partiyasını Almaniyanın "Select Energy GMBH" şirkəti əldə edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Bir mln. barel həcmində olan neft partiyası oktyabrın 20-25-də göndəriləcək.