Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Dünyada böyüklüyünə görə üçüncü bank - Nyu-Yorkda yerləşən JP Morganın proqnozlarına əsasən, 2008-ci ilin dördüncü rübündə dünyada neftə tələbat sutkada 86,5 mln. barel olacaq.
Bankın analitiklərinin proqnozlarına əsasən, cari ildə dünayda neftə tələbat, orta hesabla, sutkada 85,8 mln. barel olacaq ki, bu da 2007-ci ilə nisbətən 0,2 mln. barel çoxdur. 2009-cu ilin birinci rübündə tələbat sutkada 86,1 mln. barel, ikinci rübdə sutkada 84,9 mln. barel təşkil edəcək.
2008-ci ildə ümumi həcmdən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) payına 2007-ci ildə sutkada 49,3 mln. barelə qarşı 48,1 mln. barel, İƏİT-ə daxil olmayan dövlətlərin payına isə ötən il sutkada 36,3 mln. barelə qarşı 37,8 mln. barel düşəcək.
Bankın proqnozlarına əsasən, İƏİT ölkələri 2009-cu ilin birinci və ikinci rübündə, müvafiq olaraq, sutkada 48,7 mln. barel və 46,2 mln. barel neft istehlak edəcəklər. Gələn ilin birinci rübündə İƏİT-ə daxil olmayan ölkələrdə neftə tələbat sutkada 38,3 mln. barel, ikinci rübdə 38,7 mln. barel olacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]