...

OPEK Azərbaycan neftinin tədarükü üzrə proqnozları azaldıb

Energetika Materials 16 Oktyabr 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir A.Bədəlova/ OPEK-in proqnozlarına görə, Azərbaycanın 2008 -ci ildə neft tədarükü həcmi, orta hesabla, sutkada 0,98 mln. barel təşkil edcək. Bu, kartelin ötən ilki həcm proqnozlarından sutkada 21 min barel azdır.

OPEK -in neft bazarı üzrə oktyabr məruzəsində bildirilir ki, proqnozun azaldılması "Mərkəzi Azəri" və "Qərbi Azəri" yataqlarında hasilatın azalmasına səbəb olan qaz sızması nəticəsində, cari ilin üçüncü rübündə ölkənin tədarükünün azalması ilə bağldır.

Cari ilin dördüncü rübündə ölkə sutkada 1,09 mln. barel neft tədarük edəcək.

OPEK-in proqnozlarına əsasən, 2008 - ci ildə Qazaxıstanın tədarükü ötən ilə nisbətdə sutkada 71 min barel artaraq 1,42 mln. barelə çatacaq. Bu ölkə tərəfindən tədarük olnunan neftin həcmi cari ilin dördüncü rübündə sutkada 1,5 mln. barelə bərabər olacaq.

Kartel 2008 - ci ildə keçmiş Sovet İttifaqı respublikalarının tədarük proqnozlarını sutkada 62 min barel azaldıb. Yeni proqnozlara əsasən, cari ildə bu ölkələrin neft tədarükü sutkada 0,19 mln. barel artımla, orta hesabla 12,71 mln. barel təşkil edəcək.

OPEK-ə daxil olmayan ölkələrin ümumi tədarük həcmi 2008 - ci ildə sutkada 0,31 mln. barel artaraq 49,74 mln. barelə çatacaq. Bu, ötən ayın həcm proqnozlarından sutkada 199 min barel aşağıdır. Bu ilin dördüncü rübündə tədarük həcmi sutkada 50,76 mln. barel təşkil edəcək.

2008 - ci ildə OPEK-ə daxil olmayan ölkələrin ümumi tədarük həcminin sutkada 19,87 mln. bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrin payına düşəcək.

2009 - cu ildə OPEK-ə daxil olmayan ölkələrin tədarük həcmi kartelin proqnozlarına görə, sutkada 0,97 mln. barel artaraq 50,7 mln. barelə çatacaq. Ümumi həcmin sutkada 19,95 mln. bareli İƏİT ölkələri, sutkada 13,08 mln. barel isə, keçmiş Sovet İttifaqı ölkələrinin payına düşəcək. Kartelin proqnozlarına əsasən, ABŞ - dan neft tədarükü gələn il sutkada 0,28 mln. barel artaraq o 7,85 mln. barelə çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti