...

Almaniyanın Siemens AG şirkəti Türkmənistanı perspektivli tərəfdaş qismində görür

Energetika Materials 30 Yanvar 2009 14:49 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 30 yanvar/ Trend Ş müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Siemens AG şirkətinin Mərkəzi İdarə Heyətinin müşaviri Rudi Lamprexti qəbul edib. Lamprext, "müstəsna dərəcədə mütləq və perpsektivli tərəfdaş kimi Türkmənistanla əməkdaşlığın genişləndirilməsində" maraqları olduğunu bildirib.

Lamprext Türkmənistan prezidentini əvvəllər Siemens-ə verilmiş tapşırıqların yerinə yetirilməsi barədə məlumatlandırıb və Almaniya şirkətinin son yarım ildə Türkmənistanda telekommunikasiya, energetika və tikinti materialları sənayesi sahəsində fəaliyyətinin yekunlarını ona təqdim edib.

Siemens uzunmüddətli saziş çərçivəsində Türkmənistan üçün kompleks proqram hazırlayır.

Lamprextin sözlərinə görə, "Türkmənistana maraq çox böyükdür". Berdiməhəmədovun ötən payızda Berlinə rəsmi səfərindən sonra Almaniyada bu maraq xüsusilə artıb. O zaman türkmən dövlətinin başçısı protokol çərçivəsində Münxendə keçirilən Siemens-Forum-da olub, burada AFR-in işgüzar elitasının nümayəndələri ilə görüşüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti