...

Tədarüklərin sabitliyi və nəqlin təhlükəsizliyinin təminatı dünya iqtisadiyyatının davamlı inkişafının vacib faktorlarıdır – Azərbaycan enerji naziri

Energetika Materials 3 Aprel 2009 18:41 (UTC +04:00)
Tədarüklərin sabitliyi və nəqlin təhlükəsizliyinin təminatı dünya iqtisadiyyatının davamlı inkişafının vacib faktorlarıdır – Azərbaycan enerji naziri

Azərbaycan, Bakı, 03 aprel / Trend /

"Dünya bazarlarına tədarüklərin sabitliyi və nəqlin təhlükəsizliyinin təminatı yaxın illərdə dünya və ayrı-ayrı ölkələrin iqtisadiyyatının davamlı inkişafının daha vacib və əhəmiyyətli faktoru olacaq və beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcək", - Azərbaycanın sənaye və enerji naziri Natiq Əliyevin Confidence Energy - III Xəzər neft ticarət-nəqliyyat konfransının təşkilatçısının ünvanına dəstək məktubunda deyilir.

Trend Capital agentliyi konfransın informasiya tərəfdaşı kimi çıxış edir.

Nazirin müraciətində konfransın Xəzər hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafındakı rolu yüksək qiymətləndirilib. Tədbir "regionda əməkdaşlığın gələcək möhkəmləndirilməsi üzrə əsaslı tövsiyələri hazırlamaq imkanı verəcək", - müraciətdə deyilir.

Konfransın iştirakçıları arasında "Tengizşevroyl", "Transneft", AGIP, "Total", Gunvor, Batumi Oil Terminal,  Batumi Oil Port, SOCAR Georgia, Xəzər Dəniz Boru Kəməri Konsorsiumu, Novorossiysk Dəniz Gəmiçiliyi, Hellenic Petroleum, Golden Eagle, "Karajanbasmunay", Lotos Group, Turkmen Caspian Lines, RWE Gas Midstream, Mercuria Energy Trading, BNP Paribas, "VTB Kapital" və başqaları var.

Çıxışları zamanı aparıcı enerji ekspertləri qısa və ortamüddətli perspektivdə Xəzər dənizinin karbohidrogen resurslarının dünya enerji daşıyıcıları bazarında oynadığı və oynayacağı rola qiymət verəcək.

Xəzər neft-qaz ticari-nəqliyyat konfransı neft-qaz sahələrinin mütəxəssis və rəhbərlərinin illik əsasda toplayır, beynəlxalq əməkdaşlığın inkişaf və möhkəmləndirilməsinə kömək edir, eləcə də o, böyük enerji istehlakçısı ölkələrinin strateji maraqlarının kəsişdiyi regionda vacib informasiya mənbəyi olan bir meydançadır.

III konfransda Xəzəryanı ölkələrin neft-qaz sektorunun 150-dən çox nümayəndəsi iştirak edəcək - Qazaxıstan, Türkmənistan, Azərbaycan, Rusiya, İran; ənənəvi regional tərəfdaşlar - Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, həmçinin ABŞ, Aİ və Asiya-Sakit Okeanı regionu ölkələri.

Əlavə məlumat üçün müraciət edin:

Confidence Energy Ltd; tel.:  +44 (0)208 349 1999; faks:  +44 (0)208 349 2999;

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti