...

SOCAR və "Qazprom" arasında müqavilə 5 il müddətinə nəzərdə tutulub

Energetika Materials 30 İyun 2009 20:48 (UTC +04:00)
SOCAR və "Qazprom" arasında müqavilə 5 il müddətinə nəzərdə tutulub

Bakı, Azərbaycan, 30 iyun / Trend , müxbir E.İsmayılov /

Bazar ertəsi SOCAR və "Qazprom" arasında bağlanmış Azərbaycan qazının alqı-satqısı haqqında müqavilə 5 il müddətinə və il ərzində ən azı 500 milyon kubmetr qazın ixracı imkanını nəzərdə tutub. Bu barədə çərşənbə axşamı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu müqavilə bizim üçün əlverlişlidir. Onu imzalayaraq biz əlavə qaz ixrac etmək imkanını əldə etmişik", - Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ixrac həcmləri yarım il irəliyə uyğunlaşdırılacaq.

İlin sonuna qədər Azərbaycan və Rusiyanı birləşdirən "Qazı-Məhəmməd-Mozdok" qaz borusunun revers rejimində işləməsi üçün texniki işlər görüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti