...

ARDNŞ "Böyük şor" gölündə geoloji işlər həyata keçirir

Energetika Materials 21 Avqust 2009 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend /

ARDNŞ-in Geologiya və Topoqrafiya İdarəsi "Böyük Şor" gölünün qurudulması çərçivəsində qrunt süxurlarının xüsusiyyələrinin və tərkibinin öyrənilməsinə başlayıb. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

Burada 50 hektar ərazidə 10 metr dərinliyində 28 kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Daha 15 quyuda statistik tədqiqatlar və süxurların laborator yoxlanılması  keçiriləcək. Qurudulmuş ərazilərdə qazma işləri aparılır və 16 quyu qazılıb.

Geoloji və topoqrafik tədqiqatlar müsbət nəticə verdiyi halda, "Böyük şor" gölü ərazisində dünya standartlarına cavab verən idman kompleksi inşa ediləcək.

Xəbər lenti

Xəbər lenti