...

Azərbaycanın Sənaye və Energetika Nazirliyinə yeni nazir müavini təyin edilib

Energetika Materials 23 Noyabr 2009 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 19 noyabr tarixli sərəncamına müvafiq olaraq Natiq Abbasov sənaye və energetika nazirinin müavini təyin edilib.
Azərbaycanın Sənaye və Energetika Nazirliyinə yeni nazir müavini təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin 19 noyabr tarixli sərəncamına müvafiq olaraq Natiq Abbasov sənaye və energetika nazirinin müavini təyin edilib. Bu barədə bazar ertəsi nazirlikdən yayılan məlumatda deyilir.

Bu vəzifəyə təyin edilənədək Natiq Abbasov nazirlik yanında Dövlət Qaz Nəzarəti İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Nazir müavinləri arasında vəzifə bölgüsü əsasında Natiq Abbasova neft-qaz və energetika şöbələri, neft-kimya, dövlət və beynəlxalq proqramların həyata keçirilməsinə nəzarət həvalə edilib.

Natiq Balaş oğlu Abbasov 1968-ci ildə Bakıda anadan olub və Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib.

Xəbər lenti

Xəbər lenti