...

Azərbaycan "Şahdəniz" yatağından qaz tədarükünü artırıb

Energetika Materials 29 Mart 2010 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

Azərbaycan "Şahdəniz" qaz kondensat yatağından 2008-ci ilin analoji dövründəki 340,36 milyon kubmetr qaza nisbətdə yanvar-fevral aylarında 463 milyon kubmetrdən çox qaz tədarük edib - ARDNŞ-dən məlumat verilib.

Yanvar-fevral aylarında əldə olunan qazın ümumi həcmindən, təxminən, 106,2 milyon kubmetr ARDNŞ-in "Şahdəniz" layihəsində iştirakın payına düşür, qalan hissə - 356,8 milyon kubmetrdən çoxu isə ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, "Statoil Hydro" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz,  "LukAgip" - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Hazırda qaz Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur.

Bu il yataqdan 7,84 milyard kubmetr qaz hasil etmək planlaşdırılıb. Yataqda ən yüksək həcmdə istehsal 8,6-9 milyard kubmetr qaz həcmində nəzərdə tutulur. Ümumilikdə, ikinci mərhələ çərçivəsində illik 20 milyard kubmetrə qədər qaz hasil edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti