...

Transadriatik boru kəməri üçün qaz kifayət qədərdir – layihənin nümayəndəsi

Energetika Materials 14 May 2010 10:36 (UTC +04:00)
Transadriatik boru kəməri (TAP) bu gün "Cənub dəhlizi" layihəsi çərçivəsində daha səmərəli və ticari xarakter daşıyır. Layihənin rəsmi nümayəndəsi Maykl Hofman belə hesab edir.
Transadriatik boru kəməri üçün qaz kifayət qədərdir – layihənin nümayəndəsi

Аzərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Bədəlova/

Transadriatik boru kəməri (TAP) bu gün "Cənub dəhlizi" layihəsi çərçivəsində daha səmərəli və ticari xarakter daşıyır. Layihənin rəsmi nümayəndəsi Maykl Hofman belə hesab edir.

"TAP qazın Azərbaycandan nəql edilməsi üçün iqtisadi baxımdan daha əlverişli və optimal layihədir",- çərşənbə günü layihənin xarici əlaqələr üzrə direktoru Hofman Trend-ə elektron poçt vasitəsilə bildirib.

Onun sözlərinə görə, bir çox ekspertlər Transadriatik boru kəmərini istehsalçılar və istehlakçıların ehtiyaclarını ödəyə biləcək yeganə layihə hesab edirlər və bu yolla onu Cənub qaz dəhlizində daha səmərəli variant kimi görürlər.

Hofmanın sözlərinə görə, doldurulması üçün kifayət qədər qaz olan Transadriatik boru kəmərinin ilkin buraxılış qabiliyyəti 10 milyard kubmetrdir.

"Transadriatik boru kəmərinin ilkin buraxılış qabiliyyəti 10 milyard kubmetrdir ki, bu da türk-yunan sərhədində "Şahdəniz" yatağının ikinci mərhələsində qoyulacaq çox böyük həcmdir", - Hofman bildirib.

Onun sözlərinə görə, gələcəkdə yeni qaz yataqlarının aşkar edilməsi ilə uzunluğu 520 kilometr olan TAP-ın buraxılış gücü ildə 20 kubmetrə qədər arta bilər.

Azərbaycanın "Şahdəniz" yatağı dünyada mövcud olan böyük yataqlardan biri hesab edilir. Layihənin hazırkı - birinci mərhələsində qaz yataqlardan Gürcüstan və Türkiyəyə ixrac olunur. Qaz Cənubi Qafqaz boru kəməri (SCP) ilə ixrac olunur.

Gerçəkləşməsi 2016-2017-ci illərdə nəzərdə tutulmuş "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi "Cənub dəhlizi" çərçivəsində digər qaz kəmərlərinin - "Nabukko", İTGİ və "Ağ Axın" kəmərləri üçün də əsas yaradacaq. "Şah dəniz-2"dən qazın ixracına dair ARDNŞ ilə göstərilən qaz kəmərlərinin Avropa səhmdarları, xüsusilə də TAP arasında ilkin danışıqlar bu layihələrdən birinin investisiya qərarlarının qəbul olunmasından asılıdır.

Transadriatik boru kəməri "Cənub dəhlizi"nin bir hissəsi kimi, qazın Xəzər dənizi və Yaxın Şərqdən Avropaya ixrac olunması üçün nəzərdə tutulub. Qaz kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçəcək, daha sonra İtaliyayadək uzanacaq.

Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikilməsi üzrə layihənin dəyəri 2,2 milyard dollar təşkil edir. Layihənin səhmdarları Norveçin Statoil və İsveçrənin EGL şirkətləridir.

Hofmanın sözlərinə görə, bu gün TAP layihəsi böyük əsaslı mühəndisliyin həyat keçirilməsi mərhələsindədir. Son altı həftə ərzində İtaliya, Albaniya, Yunanıstanın müxtəlif nazirləri ilə, eləcə də Brüsseldə 23-dən çox görüş təşkil olunub. Bundan əlavə, TAP İtaliya rəsmiləri ilə də bu ölkəyə qazın nəql olunduğu marşrut üzrə danışıqlar aparacaq.

2010-cu ilin ikinci mərhələsində, Hofmanın qeyd etdiyi kimi, Yunanıstana marşrutların çəkilməsi üzrə müxtəlif variantların öyrənilməsi nəzərdə tutulur.

TAP layihəsinə rəhbərlik edən şirkət İtaliya İqtisadi İnkişaf Nazirliyinə bu ölkənin milli qaz şəbəkəsinə boru kəmərinin qöşulması haqqında ərizə verib. İqtisadi İnkişaf Nazirliyi ərizəni təsdiq etdikdən sonra gələcəkdə inşa olunacaq boru kəməri Brindizdən Mesanyeyə qədər 15 kilometrlik boru kəməri sahəsi vasitəsilə İtaliyanın qaz şəbəkəsinə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti