...

ARDNŞ-in Ekologiya İdarəsi təkrar emalı mümkün olan istehsalat tullantılarının satışını elan edib

Energetika Materials 8 İyul 2010 14:36 (UTC +04:00)
ARDNŞ-in Ekologiya İdarəsi, təkrar emalı mümkün olan tullantıların satışı üçün müsabiqə elan edib, - bu barədə idarənin yaydığı məlumatda deyilir.
ARDNŞ-in Ekologiya İdarəsi təkrar emalı mümkün olan istehsalat tullantılarının satışını elan edib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

ARDNŞ-in Ekologiya İdarəsi, təkrar emalı mümkün olan tullantıların satışı üçün müsabiqə elan edib, - bu barədə idarənin yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, hazırda ARDNŞ-in idarə və müəssisələrinin istehsalat və xidmət sahələrində əmələ gələn bir sıra tullantılar Ekologiya İdarəsinin "Tullantı Mərkəzi"ndə yerləşdirilir. Həmin tullantıların bir hissəsinin təkrar emalı mümkündür.

Bununla əlaqədar müsabiqədə yerli və xarici müəssisə və təşkilatlar, fiziki şəxslər iştirak edə bilərlər.

Satışa çıxarılan tullantılar aşağıdakılardır:

S/s

Tullantının adı

miqdarı, (ton)

Dislokasiyası

1

Avtomobil şinləri

56,862

Tullantı Mərkəzi

2

Akkumulyatorlar

12,911

Tullantı Mərkəzi

3

Yağ və hava süzgəcləri

0,940

Tullantı Mərkəzi

4

Qalvanik elementlər

0,139

Tullantı Mərkəzi

5

Yüksək və aztəzyiqli lüminessens lampalar

0,051

Tullantı Mərkəzi

6

Kompüter

0,045

Tullantı Mərkəzi

7

Printer

0,538

Tullantı Mərkəzi

8

Katriclər (toner)

0,162

Tullantı Mərkəzi

9

Sellüloz tullantılar (kağız)

6,513

Tullantı Mərkəzi

Qeyd olunan tullantıların alınması üzrə təkliflər 1 sentyabr 2010-cu il tarixinədək Bakı şəhəri, Heydər Əliyev prospekti  - 113 ünvanında yerləşən ARDNŞ-in Ekologiya İdarəsinə təqdim edilməlidir. Təkrar emalı mümkün olan tullantıların satışı ilə bağlı daha ətraflı məlumatı [email protected] elektron ünvanına və (+994 12) 418-31-41 (iş) (+994 12) 521-08-09 (iş), (+994 50) 245-91-21 (mob) nömrələrə müraciət edərək əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti