...

Yanvar-avqustda Azərbaycanda kimyəvi məhsulların istehsalı artıb

Energetika Materials 20 Sentyabr 2010 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Yanvar-avqust aylarında ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi 9,4 milyon kubmetr azot istehsal edib ki, bu da 2009-cu ilin analoji dövr göstəricisindən 24,1 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

İB tərəfindən yanvar-avqustda istehsal edilən kimyəvi məhsulların digər növləri üzrə cüzi artım müşahidə olunub. Azalma yalnız kükürd turşusunda müşahidə edilib.

Yanvar-avqustda istehsal olunan kimya məhsullarının əsas növləri:

Məhsul

Yanvar-avqust, 2010-cu il

2009-cu ilin yanvar-avqustuna nisbətdə (faizlə)

Azot (mln kubmetr)

9,4

124,1

Polietilen (min t)

29,1

151,7

Propilen (min t)

11,4

114,6

İzopropil spirti (min t)

7,9

134,9

Lak məmulatları (min t)

3204,1

2,1 dəfə

Kükürd turşusu (min t)

2,6

28,3

Kimyəvi xammalın istehsalında artımla yanaşı, plastmas və rezin məmulatların həcmində də artım müşahidə olunub. Belə ki, yanvar-avqustda ölkədə 3,52 min ton bərk polietilen borular, kiçik borular, şlanqlar istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricindən 2,3 dəfə çoxdur. Həmçinin, respublikada 185 ton poliuretan "plastinlər" və "zolaqlar" istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 25,4 faiz azdır. Polimer örtüklərin istehsalında da artım müşahidə olunub. Yanvar-avqustda cəmi 193,8 ton bu növ məhsul istehsal olunub ki, bu da ötən ilin analoji  dövr göstəricisindən 20 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti