...

ARDNŞ "Şahdəniz-2" çərçivəsində alt layların işlənməsi imkalarına baxmağı təklif edir

Energetika Materials 18 Aprel 2011 12:10 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin texniki operatoru olan BP şirkəti qarşısında layihənin işlənməsi çərçivəsində yataqda alt layların işlənməsinin faydalılığı barədə məsələ qoyub.
ARDNŞ "Şahdəniz-2" çərçivəsində alt layların işlənməsi imkalarına baxmağı təklif edir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin texniki operatoru olan BP şirkəti qarşısında layihənin işlənməsi çərçivəsində yataqda alt layların işlənməsinin faydalılığı barədə məsələ qoyub. Bu barədə bazar ertəsi V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı zamanı ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bunun üçün əlavə kəşfiyyat quyularının qazılması lazımdır.

"Şahdəniz" yatağında qaz ehtiyatı 1,2 milyard kubmetr, kondensat isə 240 milyon ton həcmində qiymətləndirilir", - Yusifzadə bildirib.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

İndi qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz kəməri ilə nəql edilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Konfransın təşkilatçısı qismində "Confidence Energy" şirkəti Azərbaycan Dövlət Neft Akademiyası ilə birlikdə çıxış edir.

Trend BİA konfransın media dəstəyini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti