...

10 il ərzində Dövlət Neft Fonduna 60 milyard dollar vəsait daxil olub

Energetika Materials 27 Sentyabr 2011 12:02 (UTC +04:00)
2001-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 60 milyard dollar vəsait daxil olub ki, onun bir hissəsi yığıma yönəldilib.
10 il ərzində Dövlət Neft Fonduna 60 milyard dollar vəsait daxil olub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

2001-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 60 milyard dollar vəsait daxil olub ki, onun bir hissəsi yığıma yönəldilib. Trend-in məlumatına görə, çərşənbə axşamı "Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi, yeni zirvələrə doğru yollarda" mövzusunda keçirilən "dəyirmi masa"da fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

2001-ci ildə ARDNF-nin vəsaitləri 491,5 milyon dollar səviyyəsində olub, on il ərzində onlar 65 dəfə artaraq 32 milyard dollara çatıb.

"Dövlət Neft Fondunun vəsaitləri region üçün əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələrin, eləcə də qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəratinin yaxşılaşdırılmasına yönəldilib", - o deyib.

2011-ci il yanvarın 1-nə ARDNF-nin aktivləri 22,8 milyard dollar təşkil edib. Mövsümovun sözlərinə görə, fondun cari aktivləri 32 milyard dollardır.

Bu il fondun gəlirlərinin 12 796,2 milyon manat səviyyəsində olacağı gözlənilir.

ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm infrastruktur sahələrin, eləcə də ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda irriqasiya, nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşdirilir.
Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Xəbər lenti

Xəbər lenti