...

Azərbaycanda yanvar-oktyabrda 21 milyard kubmetrdən çox qaz hasil olunub

Energetika Materials 17 Noyabr 2011 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin yanvar-oktyabrında Azərbaycanda 39 milyon tona yaxın neft və kondensat hasil olunub ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 8,9 faiz azdır. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsindən məlumat verilib.

2010-cu ildə Azərbaycanda cəmi 50,83 milyon ton neft hasil olunub.

Ötən il neft hasilatının əsas həcmi xarici tərəfdaşlarla birgə işlənən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-oktyabrda Azərbaycanda qaz hasilatı 21,6 milyard kubmetrdən artıq təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 2,5 faiz azdır.

Ötən il respublikada 26,23 milyard kubmetr qaz hasil olunub ki, bunun da 16,67 milyardı əmtəə qazının payına düşüb.

Yanvar-oktyabrda Azərbaycanda 16,04 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bu, 2010-cu ilin analoji dövr göstəricisindən 5,4 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti