...

Bakının enerji operatoru ilin I yarısında elektrik enerjisinin alışını artırıb

Energetika Materials 24 İyul 2012 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" SC cari ilin birinci yarısında "Azərenerji" SC-dən 4,4 milyard kilovat-saat elektrik enerjisi alıb. 2011-ci ilin yanvar-iyun aylarında bu rəqəm 4,1 milyard kilovat-saatdan çox olub. Bu barədə çərşənbə axşamı Trend-ə "Bakıelektrikşəbəkə"dən məlumat veriblər.

SC-dən bildiriblər ki, "Bakıelektrikşəbəkə" iyunda 618,6 milyon kilovat-saat elektrik enerjisi alıb. Ötən ilin iyun ayında bu göstərici 536,7 milyon kilovat-saat təşkil edib.

"Bakıelektrikşəbəkə" 2011-ci ildə "Azərenerji"dən təqribən 8,21 milyard kilovat-saat elektrik enerjisi əldə edib. 2010-cu ildə bu göstərici təqribən 7,92 milyard kilovat-saat olub.

"Bakıelektrikşəbəkə" yanvar-iyun aylarında "Azərenerji" SC-nin tədarük etdiyi elektrik enerjisi haqqının orta hesabla təqribən 94,3 faizini ödəyib, halbuki bu rəqəm ötən ilin yanvar-iyun aylarında təqribən 91,3 faiz səviyyəsində olub.

2011-ci ildə tədarük edilən elektrik enerjisinə görə ödənişlər isə orta hesabla təqribən 92,2 faiz olub. Bu rəqəm 2010-cu ildə 96,2 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti