...

Azərbaycan neftinin qiymətləri: 22-26 oktyabr həftəsinin yekunları

Energetika Materials 29 Oktyabr 2012 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.İsmayılov/

22-26 oktyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 110,49 dollar/bareldən çox təşkil edib ki, bu da ötən həftənin qiymətindən təxminən 4,66 dollar/barel azdır.

Trend-in məlumatına görə, 22-26 oktyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 111,85, minimum isə 109,7 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

22-26 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 106,19 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 5,14 dollar/barel azdır.

22-26 oktyabr həftəsində URALS-ın qiyməti maksimum 107,6, minimum isə 105,44 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

22-26 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 108,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 5,27 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,47, minimum isə 107,32 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti