...

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Energetika Materials 12 Dekabr 2012 16:32 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2012-ci ilin noyabr ayında dövlət büdcəsinə 127 milyon 998 min manat vəsait ödəyib.
ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2012-ci ilin noyabr ayında dövlət büdcəsinə 127 milyon 998 min manat vəsait ödəyib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2012-ci ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 287 milyon 903 min manat ödənib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 77 milyon 18 min manat və ya 106,4 faiz çox olub.

Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 990 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayına nisbətən 1 milyon 812 min manat və ya 116,2 faiz çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-noyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 567 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 milyon 734 min manat və ya 117,7 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti