...

Dövlət Statistika Komitəsi: Azərbaycanda neft hasilatının azalması təbii resurs ehtiyatlarının azalması ilə bağlı deyil

Energetika Materials 18 Yanvar 2013 12:29 (UTC +04:00)
Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 7,5 min dollara yaxınlaşaraq ötən ilin yekunları üzrə 5844,5 manat təşkil edib, 2011-ci illə müqayisədə 0,8 faiz artıb.
Dövlət Statistika Komitəsi: Azərbaycanda neft hasilatının azalması təbii resurs ehtiyatlarının azalması ilə bağlı deyil

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi 7,5 min dollara yaxınlaşaraq ötən ilin yekunları üzrə 5844,5 manat təşkil edib, 2011-ci illə müqayisədə 0,8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, 2012-ci ildə ölkədə ÜDM 2,2 faiz artıb ki, bu da qeyri-neft sektorunda 9,7 faizlik artım hesabına təmin olunub, halbuki neft-qaz sektorunda ümumi istehsalın həcmi beş faiz azalıb.

"Neft sektorunda istehsalın azalması təbii ehtiyatların azalması ilə bağlı deyil. BP-nin Meksika körfəzindəki platofrmasında baş vermiş hadisədən sonra Azərbaycan rəhbərliyi şirkətə ölkədəki yataqlarda çalışan zaman təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmağı tövsiyə edib ki, bu da hasilatın göstəricilərinə təsir edib", -Vəliyev bildirib.

Onun sözlərinə görə, ÜDM-in 50 faizi sənaye istehsalının, 5,2 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarının, 9,2 faizi tikinti kompleksinin, 8,4 faizi ticarət və pullu xidmət sahəsinin, 5,5 faizi nəqliyyat sektorunun, 1,7 faizi rabitə sektorunun, 6,2 faizi məhsullara və idxala xalis verginin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti