...

Devid Kemeron: Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaq

Energetika Materials 4 İyun 2013 11:32 (UTC +04:00)
Azərbaycanın enerji resursları şübhəsiz ki, yaxın illərdə Avropa və beynəlxalq iqtisadiyyat üçün həyati əhəmiyyətli rol oynayacaq.
Devid Kemeron: Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Bakıda 20-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransının açılışı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir.

Məktubda deyilir: "Əlahəzrət Kraliça Hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını XX Xəzər neft, qaz sərgisi və konfransı münasibətilə təbrik edirəm. Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Bu gün bir çoxunun burada da təmsil olunduğu Böyük Britaniya şirkətləri, Azərbaycanda birbaşa xarici investisiyanın, - bu, xüsusilə neft və qaz sektoruna aiddir, - ən böyük mənbəyidir".

Qeyd olunur ki, qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır: "Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir və mən bp şirkətinin bu proseslərdə bu cür yaxından iştirakından məmnunluq duyuram. 2013-cü il dünya səviyyəli "Şahdəniz" yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində "Cənub qaz dəhlizi"nin reallaşması baxımından mühüm il olacaqdır. Eyni zamanda, Mərkəzi Asiya qazının Avropaya çıxarılması marşrutu olan "Cənub" dəhlizi ilə bağlı səylərin tam reallaşması üçün hələ də görüləcək işlər çoxdur. Əminəm ki, bu səylər reallığa çevriləcəkdir".

D.Kemeron bildirib: "Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, builki neft və qaz sərgisinin iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırmaq istəyirəm. XX Xəzər neft, qaz sərgisi və konfransının işinə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti