...

N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi dəniz obyektlərinin elektrik təchizatı yaxşılaşdırılır

Energetika Materials 5 İyun 2014 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi dəniz obyektlərində elektrik quraşdırma işləri uğurla davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, neft və qaz hasilatının dayanıqlı və itkisiz həyata keçirilməsi məqsədi ilə estakada və dəniz obyektlərinin elektrik təchizatı sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bu məqsədlə 54 300 metr uzunluğunda HXJLMKPY-IV markalı 6 kV-luq sualtı kabel xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda sualtı kabel xəttinin çəkilişi işləri uğurla davam etdirilir.

Bu günə kimi 7500 metrdən artıq sualtı kabel xətti çəkilib və obyekt üçün təchiz olunan 20000 metr sualtı kabeldən 2000 metrdən artıq hissəsi quraşdırılıb. İşlərin 2015-ci ilin dekabr ayında başa çatdırılacağı nəzərdə tutulur.

Qeyd edək ki, elektrik quraşdırma işləri "Neftqaztikinti" Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti