...

Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 5 Sentyabr 2014 18:00 (UTC +04:00)
2014-cü ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il sentyabrın 1-dək BTC-yə 254 milyon 886 min 511 ton neft vurulub.

Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin avqust ayı ərzində 2 milyon 214 min 981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar- avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 34 min 448 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il sentyabrın 1-dək Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti