...

SOCAR: "Qazprombank"la müqavilə Azərbaycanda neft kimyasının inkişafında yeni mərhələ olacaq

Energetika Materials 22 İyun 2015 16:07 (UTC +04:00)
“Qazprombank” tərəfindən “SOCAR-Polymer” layihəsinin maliyyələşdirilməsi Azərbaycanda neft kimyasıının inkişafında yeni və perspektivli bir mərhələ ilə əlamətdar olacaq.
SOCAR: "Qazprombank"la müqavilə Azərbaycanda neft kimyasının inkişafında yeni mərhələ olacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ənvər Məmmədov/

"Qazprombank" tərəfindən "SOCAR-Polymer" layihəsinin maliyyələşdirilməsi Azərbaycanda neft kimyasıının inkişafında yeni və perspektivli bir mərhələ ilə əlamətdar olacaq.

Trend-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) saytına istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "SOCAR-Polymer" layihəsinin maliyyələşdirilməsi üzrə "Qazprombank"la sazişin imzalanması mərasimində deyib.

SOCAR-ın prezidenti R.Abdullayev bildirib: "20 ildən artıqdır ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji strategiyası neft-qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi işinə xidmət edir. SOCAR-ın inkişaf perspektivləri sırasında həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən neft emalı və neft kimyası layihələri mühüm yer tutur. Şirkətimiz bu sahələrə strateji önəm verir. Etibarlı tərəfdaşımız olan "Qazprombank" tərəfindən "SOCAR-Polymer" layihəsinin maliyyələşdirilməsi Azərbaycanda neft kimyasının inkişafında yeni və perspektivli bir mərhələ ilə əlamətdar olacaq. Layihəyə xüsusi əhəmiyyət verən daha bir fakt isə budur ki, bu bizim respublikamızda ilk layihə maliyyələşdirilməsi, eyni zamanda, Azərbaycanın neft-qaz sənayesi ilə özəl sektor, xüsusilə də qeyri-neft sektoru arasında ilk əməkdaşlıq layihəsidir".

"Qazprombank" İdarə Heyətinin sədri Andrey Akimov isə bildirib: "Biz SOCAR Qrupu ilə uzunmüddətli strateji əməkdaşlıq xətti götürmüşük və "SOCAR-Polymer" layihəsinin maliyyələşdirilməsinə bu əməkdaşlığın ilk mərhələsi kimi baxırıq. Ümid edirik ki, bu əqdin maliyyələşdirilməsinin başa çatdırılması bank üçün SOCAR Qrupunun şirkətləri tərəfindən həyata keçirilən digər irimiqyaslı investisiya layihələrinin - Bakı Neft Emalı Zavodu və "Azərikimya"nın modernləşdirilməsi, Azərbaycanda yeni qaz emalı zavodunun tikintisi və s. layihələrin maliyyələşdirilməsində də iştirak etməyə imkan yaradacaq. Bu əməkdaşlığa "Qazprombank" Qrupuna daxil olan Birləşmiş Maşınqayırma Zavodları holdinqini də cəlb etmək planlaşdırılır".

Qeyd edək ki, iyunun 19-da Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR və "Qazprombank" arasında Azərbaycanda polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək iki qurğudan ibarət zavodun inşa edilməsini nəzərdə tutan "SOCAR-Polymer" layihəsi üzrə maliyyələşmənin həyata keçirilməsi haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti R.Abdullayev və "Qazprombank" İdarə Heyətinin sədri A.Akimov imzalayıblar.

"Qazprombank"ın İnvestisiya Komitəsi "SOCAR-Polymer" layihəsi üçün 10 illik müddətə 489 milyon ABŞ dolları həcmində kredit ayrılmasını təqdir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti