Bakı. Trend:
"Neft Daşları" yatağındakı 2150 saylı meydançadan 2158 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1910 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.