...

"Neft Daşları"nda daha bir quyu istismara verilib

Energetika Materials 26 Fevral 2016 15:58
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
"Neft Daşları"nda daha bir quyu istismara verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 418A nömrəli estakadayanı meydançada 2617 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 978-967 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti