...

Ötən ay BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı

Energetika Materials 3 Mart 2016 15:29 (UTC +04:00)
2016-cı ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 400 989 ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı

Bakı. Trend:

2016-cı ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 400 989 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 689 579 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il martın 1-dək BTC-yə 297 364 968 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin fevral ayında BTC kəməri ilə 400 744 ton Türkmənistan nefti nəql olunub.

2016-cı ilin fevral ayı ərzində 2 387 142 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 342 min 125 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 235 233 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il martın 1-dək Ceyhan limanından 296 429 005 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti