...

SOCAR "Neft Daşları"nda yeni quyu qazır

Energetika Materials 28 Mart 2016 17:08 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2150 saylı meydançadan 2161 nömrəli quyuda qazma işlərinə başlanılıb.
SOCAR "Neft Daşları"nda yeni quyu qazır

Bakı. Maksim Tsurkov - Trend:

"Neft Daşları" yatağındakı 2150 saylı meydançadan 2161 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

"Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1860 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti