...

"Neft Daşları"ndakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib

Energetika Materials 16 İyun 2016 20:36 (UTC +04:00)
"Neft Daşları"ndakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib.
"Neft Daşları"ndakı yeni meydançadan qazılmış ilk quyu istismara verilib

Bakı. Trend:

"Neft Daşları" yatağında yeni quraşdırılmış 1637A nömrəli estakadayanı meydançada ilk quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılmış 2643 nömrəli quyu qazlift üsulu ilə məhsul verib, 1677-1658 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti