...

"SOCAR Polymer" və "Qazprombank" əməkdaşlıq sazişi imzalayıblar

Energetika Materials 17 İyun 2016 16:56 (UTC +04:00)
Peterburq Beynəlxalq İqtisadi Forumu-2016 çərçivəsində "Qazprombank" ilə "SOCAR Polymer" arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
"SOCAR Polymer" və "Qazprombank" əməkdaşlıq sazişi imzalayıblar

Bakı. Trend:

Peterburq Beynəlxalq İqtisadi Forumu-2016 çərçivəsində "Qazprombank" ilə "SOCAR Polymer" arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Qazprombank" ASC-nin İdarə Heyətinin sədri Andrey Akimov imzalayıblar.

Saziş "Qazprombank" Qrupuna daxil olan "Krioqenmaş" ASC tərəfindən hazırlanacaq "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilenin və polipropilenin istehsalı zavodlarının inşası üzrə azot qurğusunun satışı və işlənməsini nəzərdə tutur. Qurğu "SOCAR Polymer"in azota yaranan tələbatını təmin edəcək.

"Krioqenmaş" ASC-nin istehsalı olan azot qurğusu ən müasir texniki və mühəndis qərarları sahələrinə əsaslanır ki, bu da kapital xərclərini azaltmağa və istismar rejimlərini aparıcı xarici şirkətlərin avadanlığı ilə müqayisədə daha səmərəli təmin etməyə imkan verir.

R.Abdullayev qeyd edib ki, bu sazişin imzalanması SOCAR Şirkətlər Qrupu ilə Rusiyanın "Qazprombank" Qrupu arasında strateji tərəfdaşlığın və əməkdaşlığın nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti