...

Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə memorandum imzalanıb (FOTO)

Energetika Materials 18 İyun 2016 14:12 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib, Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə memorandum imzalanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib, Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Qazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə keçirilən görüşdə təbii qaz, maye karbohidrogenlər, qaz-kimya məhsulları ilə bağlı ticarət əməliyyatlarının genişləndirilməsi və qaz tədarükünün artırılması perspektivləri ətrafında müzakirələr aparılıb.

R.Abdullayevin “Qazprombank” İdarə Heyətinin sədri Andrey Akimovla görüşü zamanı SOCAR və “Qazprombank” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə qeyd olunur ki, ''SOCAR Polymer'' layihəsi üzrə polipropilen və yüksəksıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə birgə layihə üçün azot qurğusu ''Qazprombank'' qrupuna daxil olan ''Kriogenmaş'' ASC tərəfindən hazırlanacaq və tədarük ediləcək. Bu qurğu layihənin gedişində ''SOCAR Polymer''in yüksək təmiz qazşəkilli azota tələbatını təmin etmək üçün nəzərdə tutulur. ''Kriogenmaş'' ASC-nin istehsalı olan azot qurğusu ən müasir texnologiyalara əsaslanır ki, bu da kapital xərclərini azaltmağa, eləcə də aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verəcək.

“Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu” SOCAR, ''Qazprombank'', Rusiyanın EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi və İtaliyanın SACE ixrac kredit agentliyi arasında imzalanıb. Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutan təntənəli imzalanma mərasimində bildirilib ki, memoranduma əsasən yeni neft-kimya layihəsi üzrə Azərbaycanda qaz emalı və qaz-kimya zavodlarının tikintisində Rusiya və İtaliya tərəfdaşlarının da iştirakı nəzərdə tutulur.

''SOCAR Gas Plastics Company'' adlanan layihəyə ''Qazprombank'' maliyyə təminatı verir və Rusiya istehsalı olan avanadlığının xarici bazarlarda istifadəsi baxımından yeni imkanlar açır. İlkin hesablamalara görə, layihənin ümumi investisiya dəyəri 3,5 mlrd. ABŞ dolları həcmində dəyərləndirilir. Layihədə Rusiya avadanlığı və materiallarının tədarükünün potensialı və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri investisiya büdcəsinin 20%-i həcmində nəzərdə tutulur.

“Qazprombank'' Azərbaycanda SOCAR-la birlikdə həyata keçirdiyi iri layihələri Qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsi kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti