...

SOCAR-ın karbamid zavodunun tikintisi 40 faizdən çox başa çatıb (FOTO) (YENİLƏNİB)

Energetika Materials 14 Sentyabr 2016 13:57 (UTC +04:00)
SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikintisi üzrə işlərin 40 faizdən çoxu başa çatıb.
SOCAR-ın karbamid zavodunun tikintisi 40 faizdən çox başa çatıb (FOTO) (YENİLƏNİB)

Sumqayıt. Maksim Tsurkov - Trend:

SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikintisi üzrə işlərin 40 faizdən çoxu başa çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, layihə üzrə işlər 80 faizdən çox başa çatıb, ətraflı layihələndirmə mərhələsi yekunlaşıb.

X.Cəfərov qeyd edib ki, Asiya, Avropa və Amerikanın qabaqcıl şirkətlərinin istehsalı olan avadanlığın 96 faizindən çoxu artıq Azərbaycandadır və hazırda onların zavodda quraşdırılması və montajı aparılır.

O əlavə edib ki, yeraltı kommunikasiya və boru kəmərlərinin çəkilməsi də başa çatıb: "Hazırda metal və digər yerüstü konstruksiyaların montajı üzrə işlər aparılır. Plana əsasən tikinti 2017-ci ilə yekunlaşacaq, bundan sonra sınaq yoxlamalarına başlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti