Bakı. Maksim Tsurkov - Trend:
1997-ci ilin noyabrından 2017-ci il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 438 milyon ton neft və 138 milyard kubmetr səmt qazı hasil olunub.
Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov Bakıda keçirilən illik Xəzər texniki sərgi və konfransında deyib.
O qeyd edib ki, AÇG-dən neft hasilatının ümumi həcmindən 246 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür:
"Azərbaycanın ixrac etdiyi 459 milyon ton neftdən 342 milyon ton Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlin payına düşür".