...

"SOCAR Polymer" layihəsi çərçivəsində nə qədər qənaət edilib? (YENİLƏNİB)

Energetika Materials 29 Noyabr 2017 10:04 (UTC +04:00)
"SOCAR Polymer" layihəsi çərçivəsində nə qədər qənaət edilib?
"SOCAR Polymer" layihəsi çərçivəsində nə qədər qənaət edilib? (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Sumqayıt Kimya-Sənaye Parkında vergi və digər güzəştlərin tətbiqi sayəsində "SOCAR Polymer" layihəsinin reallaşdırılması çərçivəsində 100 milyon dollar qənaət etmək mümkün olub.

Trend-in məlumatına görə, bu barədə "SOCAR Polymer" şirkətinin maliyyə direktoru Fuad Əhmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında deyib.

F.Əhmədov qeyd edib ki, polipropilen qurğusu gələn ilin may ayında, polietilen qurğusu isə oktyabr ayında hazır olacaq və istismara buraxılacaq:

"Polipropilen istehsalı üzrə qurğu 94,8 faiz hazırdır. Artıq sınaq işləri gedir, buraxılış-sazlama işləri başlayır. Layihənin gecikmə riski yoxdur. Ümumilikdə biz aktiv mərhələdəyik və 2018-ci ilin may ayında polipropilen istehsalına başlayacağıq".

Onun sözlərinə görə, polietilen istehsalı üzrə qurğu isə 81,4 faiz hazırdır və gələn ilin üçüncü rübünün sonunda istismara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti