...

ABŞ səfiri: Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır (YENİLƏNİB)

Energetika Materials 28 Mart 2018 14:07 (UTC +04:00)
"Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır".
ABŞ səfiri: Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır (YENİLƏNİB)

Bakı. Trend:

"Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır".

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunan (AmCham) aylıq işgüzar şam yeməyində bəyan edib.

O deyib ki, Azərbaycanın coğrafi mövqeyi və enerji ehtiyatları təkcə regionun yox, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır:

"Bu, həm də digər amillər Azərbaycanın beynəlxalq arenada çəkisini artırır".

Səfirin sözlərinə görə, Azərbaycanın regionda vacib rolunu təmin edən digər amil ölkənin tranzit potensialıdır:

“Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt qəsəbəsindəki yeni beynəlxalq dəniz limanı yeni “İpək yolu”nun vacib hissələrindəndir. Bu layihələr Çindən Avropaya yüklərin nəqlini 35 gündən 10-15 günədək azaltmağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti