Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku və Şahdəniz yatağı üzrə bu ilin aprelin 1-ə qədərki gəlirləri açıqlayıb.
ARDNF-dən Trend-ə verilən məlumata görə, 2001-ci ildən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 130 551 milyon dollar təşkil edib.
Bu ilin ilk 3 ayı ərzində AÇG yatağından 2 065 milyon dollar gəlir götürülüb.
2007-ci ildən bu ilin aprelin 1-ə qədər Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər 2 506 milyon dollar olub.