...

Business Excellence: TANAP Qərblə Şərq arasında körpü hesab olunur

Energetika Materials 28 May 2018 16:16 (UTC +04:00)
TANAP Qərblə Şərq arasında körpü hesab olunur
Business Excellence: TANAP Qərblə Şərq arasında körpü hesab olunur

Bakı. Azad Həsənli - Trend:

TANAP Qərblə Şərq arasında Avropnaın enerji təhlükəsizliyini təmin edən körpü hesab olunur.

Trend-in məlumatına görə, bu barədə Cozef Fillipsin Business Excellence nəşrində dərc olunan məqaləsində deyilir.

C.Fillipsin qeydinə görə, Transadriatik boru kəmərinə qoşulacaq TANAP Avropa ölkələrinin həyatında yeni səhifə olacaq. Müəllifin fikrincə, TANAP uzun müddət Avropanın ən vacib investisiya layihəsi adına namizəd ola bilər.

C.Fillips layhənin ekoloji tərəfinə də toxunaraq qeyd edib ki, TANAP boru kəməri marşrutu boyunca aparılan ətraflı tədqiqatlar nəticəsində daha əvvəl bilinməyən 9 fauna və 1 flora növü aşkar edilib. Həmçinin 148 arxeoloji sahə müəyyən olunaraq elm dünyasına qazandırılıb.

Qeyd edək ki, sabah Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılış mərasimi keçiriləcək. İyunun 12-də isə TANAP istismara veriləcək.

Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti