...

AÇG-dən Azərbaycanın mənfəət neftinin payına düşən həcm açıqlanıb

Energetika Materials 31 May 2018 10:34 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilatın ümumi həcmindən 258 milyon ton neft Azərbaycanın mənfəət neftinin payına düşür.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 25-ci "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

X.Yusifzadə qeyd edib ki, AÇG üzrə yeni sazişin imzalanması ilə Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək.

Onun sözlərinə görə, 1997-ci ilin noyabrından 2017-ci il mayın 1-dək AÇG-dən 455 milyon ton neft və 144,5 milyard kubmetr səmt qazı hasil olunub.

SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, hasil edilən neftin ümumi həcmindən 60 faiz Azərbaycanın mənfəət neftinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti