...

“Wood Mackenzie”: “Şahdəniz-2”nin işə salınması Xəzər regionu üçün vacib səhifədir

Energetika Materials 2 İyul 2018 16:11 (UTC +04:00)
“Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işə salınması təkcə Azərbaycan və BP-nin rəhbərlik etdiyi konsorsium üçün yox, həm də bütün Xəzər regionu üçün vacib səhifədir
“Wood Mackenzie”: “Şahdəniz-2”nin işə salınması Xəzər regionu üçün vacib səhifədir

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova – Trend:

“Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işə salınması təkcə Azərbaycan və BP-nin rəhbərlik etdiyi konsorsium üçün yox, həm də bütün Xəzər regionu üçün vacib səhifədir.

Bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu üzrə baş təhlilçisi Eşli Şerman deyib.

E.Şerman qeyd edib ki, bu layihə cədvələ uyğun və büdcə çərçivəsində reallaşdırılan kompleks meqalayihədir:

““Şahdəniz-2”-nin işə salınması “Cənub Qaz Dəhlizi” çərçivəsində Xəzər dənizindən Türkiyə vasitəsilə İtaliyaya tədarük zəncirinin təməl daşıdır. Bundan başqa, qarşıda “Cənub Qaz Dəhlizi”nin vacib mərhələləri var: 2019-cu ildə Transadriatik boru kəmərinin (TAP) tikintisinin başa çatdırılması və 2020-ci ildə “Şahdəniz” yatağından Avropaya 10 milyard kubmetr qazın tədarükünün başlanması”.

Ekspert əlavə edib ki, bu, Azərbaycan neft-qaz sektoru üçün – 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə müqavilənin uzadılmasından 2018-ci ildə BP və “Equinor”la müqavilələrin bağlanmasınadək – müsbət dövrün davamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti