...

Regional prezident: BP 2018-ci ilin yekunu üzrə AÇG blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək

Energetika Materials 5 Dekabr 2018 18:42 (UTC +04:00)
BP 2018-ci ilin yekunu üzrə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək.
Regional prezident: BP 2018-ci ilin yekunu üzrə AÇG blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək

Bakı. Taleh Mursaqulov - Trend:

BP 2018-ci ilin yekunu üzrə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.

Q.Cons bildirib ki, AÇG-nin işlənməsi layihəsinin icrası çox böyük uğurla davam edir:

"Layihənin çox yüksək səmərəlilik əmsalı var. Bu il blokda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcəyik. Biz operator kimi ölkədə icra olunan bütün layihələrdən razıyıq. Bu, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi layihələrdir. Bütün bu layihələrin beynəlxalq səviyyə olduğunu hesab edirik. Biz bu layihələrə müəyyən investisiyalar yatırmışıq və sərmayə qoymağa davam edəcəyik".

Qeyd edək ki, AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb. 2017-ci il sentyabrın 14-də isə blokun 2050-ci ilədək işlənməsi üzrə yeni saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti