...

“Baku Steel Company” Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir (FOTO)

Energetika Materials 2 İyun 2022 11:55 (UTC +04:00)
“Baku Steel Company” Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

“Baku Steel Company” QSC iyunun 1-dən 3-dək Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir.

Şirkət sərgidə ayrıca böyük stendlə çıxış edir. BSC-nin stendində şirkətin istehsal etdiyi yüksək keyfiyyətli kvadrat və dairəvi pəstahların, həmçinin neft-qaz istismarı layihələrində istifadə olunan və yüksək dərinlik təzyiqinə davamlı tikişsiz boruların nümunələri, inşaat armaturları çeşidləri, eləcə də polad məftil (katanka), fasonlu tökmələr və s. məhsullar nümayiş olunur.

Sərginin ilk anlarından yerli və xarici şirkətlərin və onların distribütorlarının, eləcə də müxtəlif qurumların təmsilçiləri “Baku Steel Company”nin stendinə maraq göstəriblər. Bu əsnada mütəmadi işgüzar (B2B) görüşlər keçirilir, danışıqlar aparılır.

Xatırladaq ki, yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın 20-dən çox ölkəsinə ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti