...

Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb

Energetika Materials 16 Avqust 2022 20:18 (UTC +04:00)
Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropada qazın qiyməti martın 8-dən bəri ilk dəfə 1000 kubmetr üçün 2600 dolları ötüb.

Trend-in məlumatına görə, günün əvvəlindən qazın qiymətində ümumi artım 13%-i ötüb.

Hollandiyadakı TTF habında sentyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 2618,6 dollara yüksəlib.

Qeyd edək ki, bir qədər əvvəl “Qazprom” bəyan etmişdi ki, qışda Avropada qazın qiymətinin 1000 kubmetr üçün 4000 dollardan yuxarı qalxa biləcəyini istisna etir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti