...

Yük avtomobillərinin Azərbaycandan Rusiyaya giriş icazələrinin sayı açıqlanıb

Energetika Materials 24 Yanvar 2023 12:53 (UTC +04:00)
Yük avtomobillərinin Azərbaycandan Rusiyaya giriş icazələrinin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il yük avtomobillərinin Azərbaycandan Rusiyaya girişi üçün 11 400 icazə alınıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bu il bu rəqəmin 20 minə çatacağı gözlənilir. “Bu il üçün 20 min icazənin alınması gözlənilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, "İcazə blankları" ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. İcazə blankı hər iki ölkə arasında qarşılıqlı razılığa əsasən eyni sayda mübadilə edilir. Yükdaşımanı icra edən sürücü məhz "İcazə blankları" vasitəsilə xarici ölkələrdən yükləri ya öz ölkəsinə, ya 3-cü ölkəyə, ya da məhsulu təhvil aldığı ölkədə daşıma izni əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti