...

Azərbaycanda Hidrogen üzrə İdarələrarası İşçi Qrup yaradılıb

Energetika Materials 17 Mart 2023 11:25 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hidrogen üzrə İdarələrarası İşçi Qrup Azərbaycanda hidrogen istehsalı, istifadəsi və tətbiqi üzrə tədqiqatların aparılması və təkliflərin hazırlanması məqsədilə yaradılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) direktor müavini Kamran Hüseynov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" seminarı zamanı "Hidrogen ekoloji cəhətdən təmiz enerjiyə keçid vasitəsi kimi" mövzusunda panel müzakirəsində deyib.

"H2 İşçi Qrupu "Azərbaycanda aşağı karbonlu hidrogen iqtisadiyyatı potensialının qiymətləndirilməsi" tədqiqatının hazırlanması üçün Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) ilə əməkdaşlıq edib. Belə ki, ötən ilin yanvar ayında seçilmiş AYİB məsləhətçisi ilə start görüşü baş tutub, görüş zamanı maraqlı tərəflərə layihənin planı təqdim olunub", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti