...

Pakistan və Azərbaycan bu gün yeni qaz sazişi imzalayacaq

Energetika Materials 24 İyul 2023 10:34 (UTC +04:00)
Pakistan və Azərbaycan bu gün yeni qaz sazişi imzalayacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan və Azərbaycan bu gün maye təbii qaz (MTQ) tədarükü üzrə hökumətlərarası saziş imzalayacaq.

Trend bu barədə bazar ertəsi məlumatlı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, saziş Azərbaycanın üzərinə hər ay dünyada ən ucuz qiymətə bir partiya MTQ tədarük etmək öhdəliyi qoyur. Pakistanın təklifi qəbul etmək və ya səbəbini izah etmədən qəbul etməmək imkanı olacaq. Şəffaflığın təmin edilməsi üçün Pakistanın Nazirlər Kabineti MTQ-in mümkün ən rəqabətqabiliyyətli qiymətlə təklif olunacağına zəmanət verən alqoritm müəyyən edib.

Bu alqoritm bir neçə məqbulluq meyarları müəyyən edir ki, bunlara MTQ yanacağına dair tələblər, ay ərzində digər yanacaq mənbələri ilə müqayisədə qiymətlərin rəqabət qabiliyyəti və satınalmanın həyata keçirilməsi üçün yetərli miqdarda xarici valyutanın olması daxildir. Bundan başqa, təklif edilən qiymət MTQ indekslərinə görə əvvəlki 30 gün ərzindəki orta qiymətdən aşağı olmalı və yük təklif edilən gün mümkün ən ucuz qiymət olmalıdır.

Bu unikal kommersiya sövdələşməsində Pakistan il ərzində təklif edilən bütün 12 yükdən səbəbini izah etmədən imtina etmək hüququna malikdir.

Bu saziş Pakistana Azərbaycanın geniş ticarət şəbəkəsi vasitəsilə bütün dünyadan ucuz MTQ-ə çıxış imkanı əldə etməsi üçün misilsiz şərait yaradır.

Qeyd edək ki, bu gün SOCAR olduqca geniş coğrafiyada, o cümlədən Aralıq dənizi hövzəsi, Asiya və digər regionlar daxilində MTQ alışını və satışını həyata keçirir. MTQ üçüncü tərəflərdən alınır. Dünya okeanına birbaşa çıxış olmadığından məhsul Azərbaycandan ixrac olunmur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti