...

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Energetika Materials 4 Oktyabr 2024 09:38 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,15 dollar artaraq 80,04 dollar/barel olub.

Trend xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1 barelə görə 77,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xəbər lenti

Xəbər lenti