...

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə həcmi açıqlanıb

Energetika Materials 17 Mart 2025 15:20 (UTC +04:00)
Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 6 milyon 48,7 min ton neft nəql edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, nəqletmənin 73,2 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 4429,5 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,9 faizini və ya 3718,0 min tonunu Azərbaycanda hasil edilən neft, 16,1 faizini və ya 711,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti