Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 7 milyard 108,3 milyon kub-metr qaz nəql edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır.
Qazın nəqlinin 48 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu boru kəməri ilə 3 milyard 412,9 milyon kub-metr qaz ötürülüb.